Gəncədə velosiped yük maşınına çırpılıb, xəsarət alan var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Yolda velosiped hərəkətdə olan “KamAZ”a çırpılıb. 43 yaşlı velosipedçi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, velosiped yük maşınına arxadan çırpılıb.
Faktla bağlı araşdırma aparılır.