Bakıdakı ağır qəzada 2 nəfər xəsarət alıb - TƏBİB
Heydər Əliyev prospektində baş verən ağır qəzada 2 nəfər xəsarət alıb.
Bu barədə Ajans.az-a TƏBİB-dən bildirilib. Məlumata görə, Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə 10.04.2025-ci il tarixində saat 15:10 radələrində 2 nəfər (1 kişi cinsli, 1 qadın cinsli) hospitalizasiya olunub:
"Döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü (qadın cinsli) şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
1974-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.