Reklam resmi
Reklam resmi

Xələf Xələfov Moskvada Lavrovun müavini ilə GÖRÜŞDÜ

Xələf Xələfov Moskvada Lavrovun müavini ilə GÖRÜŞDÜ
Gündəm

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüşüb

Ajans.az xəbər verir ki, görüşdə siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri müzakirə olunub. Rusiyanın Azərbaycanda mədəni, humanitar və informasiya mövcudluğunun praktiki aspektlərinə xüsusi diqqət yetirilib.

Tərəflər, həmçinin Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işin vacibliyini qeyd ediblər.

Digər Xəbərlər