Bakı və Sumqayıtda silah-sursat aşkarlandı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-dən Ajans.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Nərimanov rayonunda və Sumqayıt şəhərində vətəndaşlar 2 ədəd avtomat silahını könüllü olaraq polisə təhvil veriblər.
Araşdırmalar aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.