Polisdən ƏMƏLİYYAT: 68 nəfər SAXLANILDI
Martın 29-da və 30-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Ajans.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
- Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. - Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. - Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.