İnkassatora hücum oldu - 3 milyon belə oğurlandı
İtaliyada inkassasiya avtomobilləri qarət edilib.
Ajans.az xəbər verir ki, 10 nəfərlik silahlı və maskalı qrup Toskana bölgəsində, Livorno şəhəri yaxınlığında 2 inkassatorun yolunu kəsərək hücum ediblər. Havaya atəş açan maskalı şəxslər avtomobillərdən 3 milyon avro oğurlayıblar və avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Bununla bağlı polis tərəfindən genişmiqyaslı əməliyyatlara başlanılıb.
Qarət anını əks etdirən videogörüntülər sosial mediada yayılıb.