Seçkini saxtalaşdıran qoca ermənilər tutuldu
Ermənistanda 80 yaşlarında erməni qadınlar saxlanılıb.
Ajans.az xəbər verir ki, qoca ermənilər müxalif namizədin xeyrinə seçki saxtakarlığına yol verməkdə təqsirləndirilir.
Tutulan qocaların vəkili Ruben Melikyan bildirib:
“Polis binasının yanındayıq. Həbs olunan yaşlı qadınlar buradadır. Bizi içəri buraxmadılar. Qanunla dərhal içəri keçməliydik”.
Qeyd edək ki, Ermənistanın Gümrü və Paraker bölgələrində bələdiyyə seçkiləri keçirilir.