Reklam resmi
Reklam resmi

Ziyafətdə atışma oldu - 2 nəfər öldü, 4 nəfər yaralandı

Ziyafətdə atışma oldu - 2 nəfər öldü, 4 nəfər yaralandı
Gündəm
1656

ABŞ-da Vaşinqton ştatının Takoma şəhərində ziyafətdə baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

“Polisə zən edərək küçədə dava olduğunu bildiriblər. Polis gələnə yaxın atəş səsləri eşidilib”, - məlumatda deyilir.

Atışma baş verən ərazidə polis ölmüş gənc və beş yaralı aşkarlayıb, onlardan biri daha sonra xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Digər Xəbərlər