Reklam resmi
Reklam resmi

Naxçıvanda zəncirvarı qəza: Yaralanan var

Naxçıvanda zəncirvarı qəza: Yaralanan var
Hadisə

Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

    İşıqforda hərəkətdə olan 67-BJ-719 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil, 68-BC-663 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil və "Toyota" markalı avtomobil toqquşub.

    Qəza nəticəsində Kəngərli rayon Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Mirvari Nəhayət qızı xəsarət alıb.

    O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

    Mövzular:
    qəza

    Digər Xəbərlər