Reklam resmi
Reklam resmi

Nüvə müharibəsi qaçılmazdır! - Bəyanat YAYILDI

Nüvə müharibəsi qaçılmazdır! - Bəyanat YAYILDI
Siyasət

Şimali Koreya Cənubi Koreyaya məxsus döyüş təyyarələrinin yaşayış məntəqəsini səhvən bombalamasına belə cavab verib:

“Əgər bombalar sərhədimizi keçsəydi, vəziyyətin necə inkişaf edəcəyini təxmin etməyə ehtiyac yoxdur. Bu hadisə ABŞ-nin iddia etdiyi kimi Koreyada və regionda sülh və sabitliyin bərqərar olması deyil, dünyanın ilk nüvə müharibəsinə səbəb ola biləcək təhlükəli fəaliyyətlərdir”.

Ajans.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Şimali Koreya Cənubi Koreya ordusuna məxsus iki KF-16 döyüş təyyarəsinin təsadüfən yaşayış məntəqəsini bombalaması ilə nəticələnən qəzaya ilk reaksiyasını verib.

Nüvə silahlarının yerləşdiyi atəşkəs bölgəsində ABŞ və Cənubi Koreyanın birgə təlimlərinin müharibə riskini artırdığı iddia edilən bəyanatda, “Təsadüfi bir qığılcımın Koreya yarımadasını, bölgəni və dünyanı yeni silahlı qarşıdurmaya sürükləyə biləcəyi fikri heç bir halda əsassız deyil” deyə xəbərdarlıq edilib. Qəzanın mümkün nüvə müharibəsi riskinin mövcudluğunu ortaya çıxardığı iddia edilən bəyanatda bu ifadələrə yer verilib:

“Bu hadisə ABŞ və müttəfiqlərinin təlimlərinin iddia edildiyi kimi Koreyada və regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş hərəkətlər olmadığını, dünyanın ilk nüvə müharibəsinə səbəb ola biləcək təhlükəli fəaliyyətlər olduğunu göstərib”.

ABŞ və Cənubi Koreyanın Koreya yarımadasında hərbi manevrləri davam etdiyi müddətcə Şimali Koreya və bölgənin sülh və təhlükəsizliyinə təhdidlərin heç vaxt ortadan qalxmayacağına dair xəbərdarlıq edilən açıqlamada, "Düşmənin hərbi manevrlərini yaxından izləyirik. Hər hansı gözlənilməz inkişafa qarşı xəbərdarlıq etmədən amansız hərəkətə keçəcəyik. O zaman üzr üçün yer qalmayacaq" deyə xəbərdarlıq edilib. "ABŞ və Cənubi Koreya birgə hərbi təlimlərinin son dərəcə təhlükəli əlamətlərini ciddi qəbul etməli və Koreya yarımadasında vəziyyətin pisləşməsinə səbəb olan nüvə müharibəsi nümayişini dərhal dayandırmalıdırlar", - bəyanatda deyilir.

Cənubi Koreya ordusuna məxsus iki KF-16 qırıcısı ABŞ-la birgə təlim zamanı səhvən Poçeon şəhərindəki kənd yaşayış məntəqəsinə 8 MK-82 bombası atıb. Qəza nəticəsində azı 29 nəfər xəsarət alıb, bir çox binaya ziyan dəyib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Nüvə Müharibə Şimali Koreya

Digər Xəbərlər