Reklam resmi
Reklam resmi

Azərbaycan şahmatçısı dünya çempionatında ikinci yeri tutdu

Azərbaycan şahmatçısı dünya çempionatında ikinci yeri tutdu
Gündəm

Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb. Bu gün çempionatda 11-ci turun oyunları keçirilib.

Ajans.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Digər Xəbərlər