"Azərcell"ə bağlı "Asan İmza"lar iflic vəziyyətdə - YENİLƏNİB
"Asan İmza"da yaranan problem aradan qaldırılıb.
Ajans.az-ın soğusuna cavab olaraq "Azercell" şirkətindən bildirilib:
"Məlumat üçün bildiririk ki, “Asan İmza” xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılmışdır. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir".
***
Xəbər verdiyimiz kimi, ötən gündən etibarən “Asan imza” sistemi ilə bağlı problem yaranıb. Nəticədə bankların və Dövlət Vergi Xidmətinin elektron xidmətlərindən istifadə mümkünsüz olub. Problemin əsasən "Azercell" nömrələrinə bağlı hesablarda yaşandığı bildirilir.
Ajans.az məsələ ilə bağlı "Azercell" şirkəti ilə əlaqə saxlayıb. Bildirildi ki, sözügedən problem barədə hazırda araşdırma aparılır və yaxın zamanda müvafiq rəsmi açıqlama ediləcək.