Reklam resmi
Reklam resmi

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
Hadisə
691

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

''Ajans.az'' "Unikal"-a istinadən xəbər verir ki, o, Cəlilabad şəhər sakini, 1977-ci il təvəllüdlü Azər Cəlilovdur.

A.Cəlilov müharibənin gərgin döyüşlərin getdiyi Donetsk istiqamətində həlak olub. O, son 10 ildə Rusiyada yaşayırdı və ailəsini dolandırmaq üçün Moskva şəhərində fəhlə kimi çalışırdı. İki övlad atası olan Cəlilovun cənazəsi bu gün dəfn olunacaq. 

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya-Ukrayna müharibəsində Cəlilabad rayonunun daha bir sakini həlak olub. Şatırlı kəndindən olan, 1999-cu il təvəllüdlü Hicran Əmənovun nəşi doğulduğu kəndə gətirilərək torpağa tapşırılıb. O da Rusiya tərəfində döyüşlərə qatılıb və həyatını itirib.

author picture
Ajans muxbir

Digər Xəbərlər