Reklam resmi
Reklam resmi

Boşanma prosesində olduğu arvadını ÖLDÜRDÜ - DƏHŞƏTLİ QƏTL

Boşanma prosesində olduğu arvadını ÖLDÜRDÜ - DƏHŞƏTLİ QƏTL
Kriminal

İzmirdə barəsində həbs qətimkan tədbiri seçilən M.Ş. adlı şəxs boşanmaq üzrə olan arvadını meşəlik ərazidə dəfələrlə bıçaqlayaraq öldürüb.

Ajans.az xəbər verir ki, jandarma qaçan qətl şübhəlisinin tutulması üçün əməliyyata başlayıb.

İzmirin Əliağa mahalının Güzelhisar Məhəlləsində qan donduran hadisə baş verib.

Barəsində həbs qətimkan tədbiri seçilən M.Ş. ilə Fatma Ş. arasında boş ərazinin yaxınlığında mübahisə yaranıb. Mübahisə tezliklə şiddətə çevrilib. Fatma Ş.-ni bir neçə yerindən bıçaqladıqdan sonra M.Ş maşını ilə hadisə yerindən qaçıb. Ağır yaralanan Fatma Ş.-ni görənlər vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildiriblər. Hadisə yerinə gələn sağlamlıq qruplarının müayinəsi nəticəsində Fatma Şentürkün həyatını itirdiyi müəyyən edilib.

Jandarma qaçan M.Ş.-nin tutulması üçün əməliyyata başlayıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.

author picture
Ajans_az Muxbir
Mövzular:
Türkiyə Qətl İzmir Həyat yoldaşı Boşanma Bıçaqladı

Digər Xəbərlər