Reklam resmi
Reklam resmi

"Traktor"un oyununu 90 min azarkeş izlədi

\"Traktor\"un oyununu 90 min azarkeş izlədi
Gündəm

Təbrizin "Traktor" klubu Asiya Çempionlar Liqasında (ÇL) növbəti mərhələyə yüksəlib.

Ajans.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 1/8 final mərhələsinin təkrar oyununda öz meydanında Bəhreynin “Əl-Xaldiya” klubu ilə heç-heçə edib -3:3.

İlk oyunda səfərdə 2:1 hesabı ilə rəqibini məğlub edən "Traktor" iki görüşün nəticəsinə görə (5:4) 1/4 finala yüksəlib.

Oyunun keçirildiyi Təbrizin “Səhənd” stadionunda böyük azarkeş ordusu olub. Klubun rəsmi səhifəsində yer alan məlumata görə, "Traktor"un oyununu təxminən 90 min azarkeş izləyib.

Digər Xəbərlər