İki NATO ölkəsi təcili görüşür: Ukrayna gündəmdədir
İsveç və Finlandiya Ukraynadakı münaqişə ilə bağlı potensial sülh danışıqlarını müzakirə etmək üçün parlamentlərinin fövqəladə iclaslarını keçirib.
Ajans.az xəbər verir ki, bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzeti və İsveçin “Aftonbladet” nəşri məlumat yayıb.
İsveç Xarici İşlər Nazirliyinin rəhbəri Maria Malmer Stenergaard bəyan edib ki, indiki vəziyyətdə İsveç birləşməli və Ukraynaya dəstək verməlidir. O, həmçinin qeyd edib ki, məsələni müzakirə etmək üçün təcili iclas çağırıb.
Finlandiyada baş nazir Petteri Orpo da Ukrayna münaqişəsi kontekstində mövcud vəziyyətə həsr olunmuş parlament iclasını çağırıb. Görüşdən sonra o, müzakirələrin nəticələrini bölüşmək üçün parlamentdə jurnalistlərlə görüşməyi planlaşdırır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Mariya Zaxarova Finlandiya parlamentinin baş nazir Petteri Orponun sədrliyi ilə Ukraynaya həsr olunmuş iclası ilə bağlı xəbərlərə cavab verib. O, Şimali Avropanın Qrenlandiyadakı vəziyyət kimi digər mühüm məsələləri də müzakirə etməyi təklif edib.