Reklam resmi
Reklam resmi

Azərbaycanlı nazirə Serbiyada orden verildi - Fotolar

Azərbaycanlı nazirə Serbiyada orden verildi - Fotolar
Gündəm

Xarici İşlər naziri Ceyhun Bayramov Serbiyada mükafatlandırılıb.

Ajans.az xəbər verir ki, bu haqda Serbiya mətbuatı məlumat yayıb.

Məlumata görə, nazir “Birinci dərəcəli Serbiya Bayrağı” ordeni ilə təltif edilib.

Qeyd edilib ki, o, Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə mükafatlandırılıb.

C.Bayramov çıxış edərək mükafatın Serbiya rəhbərliyinin Azərbaycana verdiyi önəmin bariz nümunəsi olduğunu bildirib.

Digər Xəbərlər