Sumqayıtda marketdən balıq aldı ZƏHƏRLƏNDİ-İDDİA
Sumqayıtda yerləşən "Səda Store" adlı hipermarketdən ciddi şikayət var.
Bu barədə Ajans.az-a şikayətçi Nərminə Nəbili müraciət edib.
O iddia edir ki, bu gün sözügedən yerdən 17:00-18:00 radələrində konservləşdirilmiş balıq alıb. Həmin balıq isə istehlaka yararsız vəziyyətdə olub.
Şikayətçi həmçinin bildirir ki, balığı yedikdən bəri zəhərlənib və dəfələrlə qaytarıb.
Müştəri ev şəraitində müalicə üsullarından istifadə edərək zəhərlənmənin qarşısını aldığını, ölümdən döndüyün bildirib.

