Reklam resmi
Reklam resmi

Türkiyədə ilginc ölüm hadisəsi baş VERDİ - 2 yaşlı uşaq...

Türkiyədə ilginc ölüm hadisəsi baş VERDİ - 2 yaşlı uşaq...
Hadisə

Antalyada dəhşətli ölüm hadisəsi baş verib.

Ajans.az xəbər verir ki, fevralın 11-də Antalyada ailəsinin istixana qarşısında yandırdığı yanğının közünün əsən küləklə yenidən alovlanması nəticəsində yanan 2 yaşlı Ömər Faruk D. aparıldığı xəstəxanada həyatını itirib.

Dəhşətli hadisə Antalyanın Aksu rayonunun Topallı məhəlləsində baş verib. Balaca Ömər Farukun ailəsi isinmək üçün istixana sahəsinin kənarında ocaq yandırıb. Bir müddət sonra ailə istixana sahəsində işləməyə başlayıb. Yanğının söndüyünü düşünən ailə sonradan oğulları Ömər Farukun küləyin körüklədiyi yanğında oynayarkən yandığını anlayıb. Onlar qaçıb və vəziyyətə müdaxilə edib.

Gecikmədən həkim qruplarına məlumat verilib. Buradan xəstəxanaya aparılan balaca Ömər Faruk D. edilən bütün müdaxilələrə baxmayaraq qurtarıla bilməyib. Kədərli xəbəri eşidən qohumlar göz yaşlarına boğulub.

author picture
Ajans_az Muxbir
Mövzular:
Antalya Ölüm Hadisə Yanğın

Digər Xəbərlər