Reklam resmi
Reklam resmi

Quranı yandıran şəxsi öldürən 5 nəfər SAXLANILDI

Quranı yandıran şəxsi öldürən 5 nəfər SAXLANILDI
Kriminal

İsveçdə öz evində güllələnərək öldürülən Qurani-Kərimi yandıran Salvan Momikanı öldürməyə cəhddə şübhəli bilinən 5 nəfər saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə Expo xəbər portalı Oman prokuroru Rasmus-a istinadən məlumat yayıb.

Prokurorun sözlərinə görə, polis hadisə ilə bağlı 5 nəfəri saxlayıb. Oman şübhəlilərin kimliyini açıqlamayıb.

Nəşr qeyd edir ki, İsveç polisi hərtərəfli araşdırma aparır və hadisə yerində genişmiqyaslı polis əməliyyatı aparılır. İsveç Təhlükəsizlik Xidməti də istintaqa qoşulub.

38 yaşlı Momika evində güllələnərək öldürülüb. O, 2023-cü ilin iyununda Stokholmun mərkəzindəki Medborqyarplatsen meydanında Quranın yandırılması ilə bağlı aksiya keçirib.

author picture
Ajans_az Muxbir
Mövzular:
İsveç Quran Yandıran Saxlanıldı 5 nəfər

Digər Xəbərlər