Reklam resmi
Reklam resmi

Parisdə bələdiyyə binasında güclü YANĞIN

Parisdə bələdiyyə binasında güclü YANĞIN
Hadisə

Parisdə 12-ci dairənin meriyasının binasında yanğın baş verib.

Ajans.az xəbər verir ki, bu barədə yanvarın 27-də "Le Parisien" məlumat yayıb .

“Alov bütün binanı bürüyüb. Şillənin uçması təhlükəsi var”, - nəşr polis zabiti Loran Nunesdən sitat gətirir.

Bildirilir ki, yanğın yerli yanğınsöndürmə xidmətləri tərəfindən nəzarətə götürülüb. Yanğının söndürülməsi prosesinə 150-yə yaxın insan, o cümlədən yanğınsöndürən texnika cəlb olunub.

Nəşrin məlumatına görə, bələdiyyə binasının zəng qülləsi tamamilə yanıb və qismən dağılıb. Bundan əlavə, binanın çökmə riski var.

author picture
Ajansaz Muxbir

Digər Xəbərlər