Reklam resmi
Reklam resmi

Bu ölkə ABŞ təyyarəsini qəbul etmədi

Bu ölkə ABŞ təyyarəsini qəbul etmədi
Gündəm

Deportasiya olunmuş miqrantları daşıyan Amerika hərbi təyyarələrinin enişindən imtina etdiyi üçün Kolumbiyaya qarşı cavab tədbirləri hazırlanıb.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində məlumat yayıb.

ABŞ prezidentinin sözlərinə görə, o, Kolumbiyadan idxala gömrük rüsumları (25%), dövlət rəsmiləri və müttəfiqlərinə qarşı viza sanksiyaları tətbiq edəcək, həmçinin gömrük yoxlamalarını və maliyyə cərimələrini gücləndirəcək.

Qeyd edək ki, bundan əvvəl Kolumbiya deportasiya olunmuş miqrantları daşıyan iki Amerika hərbi təyyarəsinin enişinə icazə verməmişdi.

Digər Xəbərlər