Reklam resmi
Reklam resmi

Oğuzda ağır qəza: Xəsarət alanlar var

Oğuzda ağır qəza: Xəsarət alanlar var
Hadisə

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Ajans.az xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun rayonun Yaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Mingeçevir şəhər sakini 1994-cü il təvəllüdlü Afiq Bilal oğlu Hacıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq ağaca dəyərək aşıb.

Nəticədə sürücü və onun sərnişini 2004-cü il təvəllüdlü Fatimə Natiq qızı Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
qəza ölüm xəstəxana xəsarət

Digər Xəbərlər