Reklam resmi
Reklam resmi

Türkiyədə yanğında ölənlərin sayı 79 nəfərə çatdı

Türkiyədə yanğında ölənlərin sayı 79 nəfərə çatdı
Gündəm
409

Türkiyədə Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.

 Ajans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı həmçinin 51 nəfər də xəsarət alıb.

Qeyd edək ki, Kartalkaya xizək mərkəzində 238 nəfərin qaldığı Grand Kartal oteldə saat 03.30 radələrində yanğın baş verib.

12 mərtəbəli oteldə baş verən yanğın zamanı bəzi müştərilər təşviş içində özünü pəncərədən atıb.

Digər Xəbərlər