Reklam resmi
Reklam resmi

İstanbulda hoteldə GÜCLÜ yanğın: ölənlər var

İstanbulda hoteldə GÜCLÜ yanğın: ölənlər var
Hadisə

İstanbulda üçmərtəbəli hoteldə baş verən yanğın nəticəsində ən azı üç nəfər həlak olub.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Yanıq xəsarətləri alan iki nəfərin vəziyyəti ağırdır.

Hadisə yerli vaxtla saat 03:30 radələrində Ataşehir rayonunda baş verib. Yanğın hotelin mətbəx yerləşən köməkçi otağında başlayıb, insidentin səbəbi hələ müəyyən edilməyib.

Hadisə yerinə gələn xilasedicilər hoteldəki insanları təxliyə ediblər, yanğın söndürülüb. Beş yaralıdan üçü xəstəxanada vəfat edib.

“CNN Türk” telekanalının məlumatına görə, polis hotelin iki işçisini saxlayıb.

author picture
Ajansaz Muxbir

Digər Xəbərlər