Reklam resmi
Reklam resmi

Braziliya Prezidenti İlham Əliyevə başsağlığı verdi

Braziliya Prezidenti İlham Əliyevə başsağlığı verdi
Siyasət

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Ajans.az xəbər verir ki, mətndə deyilir:

"Cənab Prezident.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Zati-alinizə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

Mövzular:
prezident məktub

Digər Xəbərlər