DİN-dən ƏMƏLİYYAT - 84 nəfər saxlanıldı

DİN-dən ƏMƏLİYYAT -
Hadisə 21-04-2025 - 11:01

Aprelin 19-da və 20-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Ajans.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

Ajans Old user
Vəzifəsi: Müxbir
PAYLAŞ: