Moskvada Generalı öldürən şəxs yaxalandı - TƏCİLİ
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi İqor Kirillova qarşı terror aktını törədən şəxs yaxalanıb.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.
O, 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşıdır.
FSB əlavə edib ki, bu terror aktını törədən şəxs onun Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürüldüyünü bildirib.