MİT əməliyyat keçirdi: Əl-qaidə üzvü SAXLANILDI
Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı Əl-Qaidə üzvü Əhməd Baykaranı Afrikada keçirdiyi əməliyyatla yaxalayıb.
Ajans.az xəbər verir ki, MİT apardığı kəşfiyyat araşdırmaları nəticəsində Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin (TSQ) baza əraziləri və Türkiyə Silahlı Qüvvələrinin karvanına qarşı həyata keçirilən əməliyyatlarda Əl-Qaidə üzvü Baykaranın əli olduğunu müəyyən edib. Baykaranın Türkiyə Silahlı Qüvvələrinə qarşı bir çox aksiyalar planlaşdırdığı da üzə çıxıb.
Əl Qaidə üzvü Baykara Türkiyə və Suriyada Əl Qaidə adına bir çox fəaliyyət həyata keçirib. O, 2014-2019-cu illərdə Suriyada Əl-Qaidə və müxtəlif qruplaşmalarda iştirak edib. Suriyada yerli polis məntəqələrinə 5, Suriyanın Taka şəhərində isə 3 bombalı hücum həyata keçirib. O, Türkiyədə həssas məqamlarla bağlı tədbirlər planlaşdırıb.
Terrorçu Baykara Suriya və İraqda Əl-Qaidə ilə əlaqəli fəaliyyət göstərib. Türkiyənin onu izlədiyini anladıqda Afrikaya qaçıb. Türk Silahlı Qüvvələrinə qarşı bir çox hərəkətlərin planlayıcısı və icraçısı olan Baykara MİT-in kəşfiyyat və risk analizi nəticəsində bir Afrika ölkəsində yaxalanıb.
Baykara verdiyi açıqlamada Türkiyə Silahlı Qüvvələrinə qarşı sərhəddə həyata keçirdiyi hərəkətləri etiraf edib. O, Türkiyədə bir çox həssas məqamlar üçün planlaşdırdığı hərəkətləri və birlikdə hərəkət etdiyi şəxslərin kimlər olduğunu da açıqlayıb.