Milton təhlükəsi artıq bitir - KİV

Milton təhlükəsi artıq bitir -
Dünya 10-10-2024 - 13:31

ABŞ-nin Florida ştatını vuran Milton qasırğası 1-ci kateqoriyaya qədər zəifləyib.

Ajans.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi (NHC) məlumat verib.

Milton Saffir-Simpson şkalası üzrə Kateqoriya 3 qasırğası olaraq Florida sahillərinə çatıb, daha sonra cümə axşamı səhəri yavaşlayıb. Yerli vaxtla saat dörddə küləyin maksimal sürəti saniyədə 38 metrə çatıb. Qasırğa hazırda Orlandonun cənubunda tüğyan edir.

NHC aydınlaşdırıb ki, Milton Floridanı keçərkən qasırğa gücünü qoruyacaq, bundan sonra Atlantik okeanını tərk edəcək və tədricən zəifləyəcək.

(Qasırğanın əvvəlki görüntüləri)

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: