Kurskda hərbi vəziyyət son dərəcə ağırdır - KİV

Kurskda hərbi vəziyyət son dərəcə ağırdır -
Hərbi
Dünya 06-03-2025 - 10:25

Kursk vilayətində hərbi vəziyyət son dərəcə ağır olaraq qalır.

Ajans.az xəbər verir ki, bu, Rusiyanın müharibə müxbiri Semyon Peqovun “Telegram”da War Gonzo layihəsinin dərcindən məlum olub.

Layihə müəlliflərinin bildirdiyinə görə, rus hərbçiləri Malaya Loknya qəsəbəsinə doğru döyüşləri davam etdirirlər, lakin regionun bir hissəsini işğal etmiş Ukrayna Silahlı Qüvvələri ciddi müqavimət göstərir.

“Ümumiyyətlə, vəziyyət son dərəcə çətin olaraq qalır, lakin təşəbbüs hələ də Rusiya Silahlı Qüvvələrində qalır”, - layihənin nəşrində deyilir.

“War Gonzo”nun dərc etdiyi xəritəyə görə, Lebedevka, Maxnovka, Sverdlikovo, Çerkasskoye Poreçnoye, Viktorovka və Malaya Loknya yaşayış məntəqələri yaxınlığında aktiv döyüşlər gedir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: