Mikayıl Cabbarov Pakistan baş naziri ilə görüşdü

Gündəm
08-04-2025 - 19:58
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərifin qəbulunda olub.
Ajans.az xəbər verir ki, o, bu barədə X-də yazıb.
"Azərbaycan- Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - M.Cabbarov qeyd edib.