Kadırovun adamına sui-qəsd: DETALLAR
Kadırovun müttəfiqinə sui-qəsd cəhdinin yeni təfərrüatları üzə çıxıb.
Ajans.az xəbər verir ki, İnquşetiya hökuməti sədrinin keçmiş müavini Şerip Əlihacıyev sui-qəsd zamanı Moskva vilayətindəki evində tək olub. Mənbələrin məlumatına görə, atışma ilə bağlı şahidlər olmayıb. Məlumdur ki, hücumun baş verdiyi axşam qurban qonaqlarla vaxt keçirib, lakin atışma zamanı artıq hamı oradan ayrılıb.
Hücumdan sonra cinayətkar qaçıb və Axmat Kadırovun yaralı silahdaşı həyat yoldaşına zəng edib və o, hadisə barədə yaxınlarına məlumat verib. Əlihacıyev artıq əməliyyat olunub.
Sui-qəsd cəhdi oktyabrın 11-i səhər saatlarında məlum olub. Hadisə ötən gecə Odintsovo şəhər rayonundakı Lapino kottec kəndində baş verib. Cinayətkar, ilkin məlumatlara görə, evə girib və pəncərədən ən azı dörd atəş açıb.