İtin qəhrəmanlığı sayəsində ölümdən qurtuldu! - VİDEO/FOTOLAR

İtin qəhrəmanlığı sayəsində ölümdən qurtuldu! -
Dünya 22-10-2024 - 11:35

Meyn meşəsində itən 72 yaşlı Pamela Helmstadter iti Lusi sayəsində dörd gecə sağ qalıb.

Ajans.az xəbər verir ki, əri ilə gəzintidə yolunu azaraq kömək istəməyə gedən Pamela -2 dərəcə soyuqda hər gecə onu isindirmək üçün sinəsinə uzanan iti tərəfindən xilas edilib. Qonşuları tərəfindən tapılan qadın xəstəxanaya aparılarkən, itin qəhrəmanlığı təqdir edilib.

Vaşinqton polisinin verdiyi məlumata görə, hadisə belə cərəyan edib:

“82 yaşlı Con Helmstadter və həyat yoldaşı Pamela yoldan çıxıb və yollarını azıblar. Con yıxılıb ayağa qalxa bilməyəndə Pamela kömək axtarmaq üçün yola düşdü. Lakin mobil telefonunu evdə unudan qadın da yoxa çıxıb. Lusi hər gecə sahibini isitdi. Havanın temperaturunun -2 dərəcəyə düşdüyünü nəzərə alsaq, itin bu davranışı Pamelanın həyatını xilas etdi”.

Evlərinin qarşısındakı bağlamanın alınmadığını görən qonşular polisə müraciət etdikdə cütlüyün itkin düşdüyü məlum olub. Axtarış qrupları Pamelanı ərinin meyitindən 200 metr aralıda tapıblar. Ağır hipotermiyadan əziyyət çəkən qadın dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanada müalicəsi davam edən Pamela axtarış helikopterlərinin səsini eşidənə qədər ümidini itirdiyini bildirib. Hadisə ilə bağlı istintaq davam edərkən, Lusinin qəhrəmanlığı sosial mediada böyük marağa səbəb olub.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: