İstanbulda polis əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı

İstanbul Respublika Prokurorluğu terrorla bağlı aparılan araşdırmalar çərçivəsində bələdiyyələrə qarşı əməliyyat keçirib.
Ajans.az-a Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən əməliyyatda Kartal bələdiyyə sədrinin müavini və Ataşehir bələdiyyə sədrinin müavini də daxil olmaqla 9 şübhəli saxlanılıb. Polis qrupları saxlanılan şəxslərin evlərində və ofislərində axtarış aparır./Unikal