İranın nüvə obyektlərinə zərbə endirilərsə... - Lavrov

İranın nüvə obyektlərinə zərbə endirilərsə... -
Dünya 11-10-2024 - 11:27

İranınnüvə obyektlərinə zərbə endirmək təhdidlərinin həyata keçirilməsi ciddi təxribat olacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri İsrailin İrana zərbə endirmək təhlükəsini belə şərh edib.

"Ajans" TASS-a istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran İslam Respublikasının dinc nüvə obyektlərinə hücum planları və ya təhdidləri həyata keçirilərsə, bu, çox ciddi təxribat olacaq ”, - deyə bildirib.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti iclasında Tel-Əvivin İranın yəhudi dövlətinə hücumuna necə cavab verəcəyinə qərar verib. İsrailin hərəkətləri səsvermə yolu ilə müəyyən edilib. Yekun qərarı baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalan verib.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: