İran təyyarələrdə bütün elektron rabitə vasitələrini QADAĞAN ETDİ

İran təyyarələrdə bütün elektron rabitə vasitələrini
Dünya 12-10-2024 - 21:36
 51

İran hakimiyyəti təyyarələrdə mobil telefonlar istisna olmaqla, bütün elektron rabitə vasitələrinə qadağa qoyub.

Ajans.az-ın məlumatına görə, bunu Yaxın Şərq ölkəsinin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu deyib. O, belə bir bəyanatla İranın İsrail ərazisinə raket hücumları və Livanda peycerlərin kütləvi partlayışlarından sonra regionda geosiyasi gərginliyin kəskin artması fonunda çıxış edib.

Yazırlu vurğulayıb ki, indi ölkəsində sərnişinlərə demək olar ki, bütün növ elektron rabitə vasitələrini həm əl yükündə, həm də qeydiyyatdan keçmiş baqajda təyyarələrə gətirmək qadağandır. İran hakimiyyəti bunu yalnız mobil telefonlar üçün istisna edib.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: