İki azyaşlı arasında silahlı İNSİDENT: 1 ÖLÜ, 1 YARALI
İstanbulun Küçükçekmece rayonunda iki azyaşlı arasında baş verən silahlı davada 14 yaşlı uşaq ölüb, 17 yaşlı oğlan isə yaralanıb.
Ajans.az xəbər verir ki, hadisə axşam saatlarında Küçükçəkməcə, Söğütlü Çeşme məhəlləsində Gülbahar küçəsində baş verib. İddiaya görə, əcnəbi vətəndaşlar SA (14) ilə SK (17) (adlar şərtidir – red) arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə qısa zamanda davaya çevrilib və hər iki tərəf bir-birinə silahla atəş açıb. Xəbərdarlıq üzərinə polis və sağlamlıq qrupları küçəyə sövq edilib. İki yaralıya sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanaya aparılıb. Yaralılardan biri olan əcnəbi SA xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib. SK-nın isə ayağından yaralandığı öyrənilib.
Polis qüvvələrinin məsələ ilə bağlı araşdırmaları davam edir.