Günlərdir itkin düşən turistin meyiti tapıldı - FOTO

Günlərdir itkin düşən turistin meyiti tapıldı -
Çimərlik
Hadisə 02-12-2024 - 11:04

Tailandda çimərlikdə çimərkən boğulan rusiyalı turistin cəsədi tapılıb.

Ajans.az xəbər verir ki, bu barədə Bangkok Post yazır. Nəşrin qeyd etdiyi kimi, cəsəd adada yerləşən Çavenq çimərliyində tapılıb

24 yaşlı Kamilla Belyatskaya cümə günü, noyabrın 29-da yoxa çıxıb. Sonra o, əri ilə Lad Kokh müşahidə göyərtəsində qayalardan sürüşüb, bundan sonra dalğalar güclənib. Nəticədə o, dənizə sürüklənib.

Amma indi qızın meyiti Çavenq çimərliyində tapılıb. Belyatskayanın suya düşərək öldüyü yer sonuncu dəfə olduğu yerdən təxminən bir kilometr məsafədə yerləşir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: