"Günah İcra Hakimiyyətində deyil, bu sistemdədir" - Sabiq baş memar

"Günah İcra Hakimiyyətində deyil, bu sistemdədir" -
Tunel
Cəmiyyət 28-10-2024 - 17:15

Xəbər verdiyimiz kimi, Bakıya yağan güclü yağışlar səbəbindən 2 nəfərin boğularaq həyatını itirdiyi Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunellə bağlı yayılan yeni görüntülər müzakirə yaradıb. Belə ki, bu gün səhər saatılarında yağan güclü yağış nəticəsində sözügedən tuneli yenidən su basıb, tunelə giriş-çıxış bağlanıb.

Bəs, günahkar kimdir? Burada hansı faktorlar əsasdır? Hansı problemlər həll edilməlidir?

Elbay Qasımlı

Məsələ ilə bağlı Ajans.az-a açıqlama verən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə bildirib ki, həmin problemlər şəhər təsərrüfatına aiddir:

“Təəssüflər olsun ki, problemin tək qaynağı körpünü tikən qurum deyil. Həmçinin İcra Hakimiyyətinin də rolu o qədər böyük deyil. Burada artıq 20 ilə yaxındır ki, şəhər təsərüffatı İcra Hakimiyyətindən alınıb və müxtəlif dövlət qurumları arasında bölünüb. Məsələn, hazırda rastlaşdığımız məsələ “Azərsu”nun və yol-tikinti idarələrinin problemidir. Bakının yağış kanalizasiyası var. Həmişə də olub. Bu sistem məhz yağış sularını və ərimiş qarları yığmaq üçün yaradılıb. Amma bu gün sistem demək olar ki, işləmir. Niyə, işləmir? Səbəbləri araşdırmaq lazımdır. Lakin o sistemi idarə edən İcra Hakimiyyəti və ya körpünü tikən təşkilat deyil. Tikinti zamanı yağışların yığılması və ya sonradan nasoslar vasitəsilə atılması nəzərdə tutulub. Nə üçün Bakının yağış kanalizasiyasına çirkin sular kanalizasiyası qoşulub?”.

Ekspert həmçinin qeyd edib ki, yeni tikilən binaların bir qismi o çirkab suları yığan kanalizasiya xəttinin gücsüzlüyü nəticəsində yağış kanalizasiyasına qoşulub:

“Ona görə də bəzi küçələrin kəsişməsində yağış kanalizasiyanın qapılarından çox pis iy gəlir. Bax, bu suallar hamısı bir-biri ilə bağlıdır. Bu dəfə yağışların gücü elə oldu ki, bütün nöqsanlar üzə çıxdı. Sual vermək lazımdır ki, niyə o körpülərin altındakı drenaj nasosları işləmədi? Niyə, küçələrdə sular çay kimi axır? Bunları başa düşmək üçün mütəxəssis lazım deyil. Düzdür, bu il çox yağış yağıb. Sözügedən təsərrüfatın rəhbərliyinə sual vermək lazımdır ki, sizin təsərrüfatınız niyə bu gündədir?”

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: