Goranboyda faciə: Əmiqızılar dəm qazının qurbanı OLDULAR

Goranboyda faciə: Əmiqızılar dəm qazının qurbanı
dəm qazı
Hadisə 20-12-2024 - 11:09

Goranboyda iki qadın dəm qazının qurbanı olub.

Ajans.az xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsinə baş verib

Qəsəbədə yaşayan Xocalı rayon sakinləri - 1972-ci il təvəlüdlü Səlimova Xumar Bahadur qızı və 1979-cu il təvəlüdlü Səlimova Sevil Seydi qızı dəm qazından zəhərlənərək ölüblər.

Məlumata görə, onlar əmiqızı olublar. Sevil Səlimova Xumar Səlimovanın evində qonaq olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

PAYLAŞ: