Gəmilərə XƏBƏRDARLIQ- Dalğanın hündürlüyü 6 metr olacaq

Gəmilərə XƏBƏRDARLIQ-
gəmi
Cəmiyyət 14-04-2025 - 13:10

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Ajans.az xəbər verir ki, xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi aprelin 17-si gündüz saatlarına kimi davam edəcək.

    Məlumata görə, həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

    Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

    PAYLAŞ: