Gələn həftə istilik mövsümü başa çatır

Gələn həftə istilik mövsümü
Cəmiyyət 09-04-2025 - 11:33

Gələn həftə Azərbaycanda istilik mövsümü bitəcək.

Ajans.az xəbər verir ki, hər il istilik mövsümü noyabrın 15-də başlayır, növbəti il aprelin 15-də başa çatır.

Bu baxımdan aprelin 15-dən etibarən abunəçilərin istilik təchizatı dayandırılacaq.

Qeyd edək ki, ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) mövsüm may ayının 1-də yekunlaşacaq.

PAYLAŞ: