Fişəngi yerdən GÖTÜRDÜ: 4 barmağını İTİRDİ

Fişəngi yerdən GÖTÜRDÜ:
Fişəng
Hadisə 18-02-2025 - 12:11

Moskva vilayətinin Volokolamsk şəhər rayonunda 11 yaşlı uşaq yerdən fişəng götürüb və dörd barmağını itirib.

Ajans.az xəbər verir ki, 5-ci sinif şagirdi dostları ilə meşə təsərrüfatı idarəsində ovçu işləyən xaç atasının evinə yollanıb. Böyüklər evdə olmayıb, uşaqlar qayıtmağa başlayıb və fişəngi görüblər. Onlar pirotexniki vasitələrlə oynamağa başlayıblar.

Məktəbli uşaq fişəng atıb, bir müddət sonra onu yerdən götürmək qərarına gəlib və partlayış baş verib. Oğlanın sol əlində dörd barmağı qopub.

Həkimlər daha sonra onun baş barmağını yenidən birləşdirə biliblər.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: