Əsədin sığındığı Rusiyadan yeni AÇIQLAMA: Qərarı şəxsən Putin verib
Müxalifət rejimi devirdikdən sonra Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya qaçıb.
Ajans.az xəbər verir ki, Rusiyanın sığınacaq təklif etdiyi Əsədlə bağlı Kremldən verilən açıqlamada siyasi sığınacaq vermə qərarını Vladimir Putinin özü verdiyi bildirilib.
Vladimir Putin verdiyi açıqlamada, “Suriyada baş verənlər təkcə Rusiyanı deyil, bütün dünyanı təəccübləndirdi” ifadələrini işlədib. Bəyanatda həmçinin vurğulanıb ki, Putinin rəsmi cədvəlində Əsədlə görüş yoxdur.