Əsəd zindanından daha bir qan donduran XƏBƏR: Turşu ilə həll olunmuş meyitlər tapıldı

Əsəd zindanından daha bir qan donduran XƏBƏR:
Bəşər Əsəd
Dünya 10-12-2024 - 10:06
 1235

Əsəd rejiminin devrilməsindən sonra yerin altına metrlərlə uzanan zindanları ilə gündəmə gələn Sednaya həbsxanasından dəhşətli xəbərlər gəlməyə davam edir.

Ajans.az xəbər verir ki, insanların diri-diri həbs edildiyi həbsxanada turşu ilə həll edilərək öldürülən məhbusların cəsədləri tapılıb.

Ötən gün işgəncə alətləri ilə gündəmə gələn həbsxanada bu gün kütləvi məzarlıq aşkar edilib. Əsəd rejimi qüvvələri tərəfindən öldürülən məhbusların cəsədlərinin turşu ilə həll edildiyi kütləvi məzarlıqda yalnız skeletlərin qaldığı müəyyən edilib.

Suriyada işgəncə bazası kimi tanınan həbsxananın birdən çox yeraltı mərtəbədən ibarət olduğu təxmin edilir. Fasiləsiz çalışan qruplar aşağı mərtəbələrə çıxmağa çalışırlar. Suriya Mülki Müdafiəsi işgəncələri ilə tanınan Sednaya həbsxanasının yeraltı kameralarında da saxlanılanların olması barədə araşdırılma üçün hərəkətə keçdiyini bildirib. Havalandırma olmadığından az qala boğulan məhbusların xilas edilməsi üçün işlərin davam etdirildiyi vurğulanıb, binada görünən məhbusların sərbəst buraxılması üçün yeraltı mərtəbələrin elektron qapılarının açılmalı olduğu bildirilib. Bölgədəki səlahiyyətlilər devrilmiş rejimin keçmiş əsgərlərini və həbsxana işçilərini qapıların parolunu deməsi üçün çağırıb.

Azadlığa çıxanlar arasında anaları ilə birlikdə saxlanılan azyaşlı uşaqlar da olub. Görüntülərin bəzilərində keçmiş məhbusların işgəncələrdən yeriyə bilmədikləri və həbsxanadan “sürünərək” çıxdıqları müşahidə edilir. Sednaya Həbsxanada Məhbuslar və İtkinlər Dərnəyi (ADMSP) tərəfindən paylaşılan videoda Sednayadan azad edilən qadınları görmək olar.

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: