Ermənistanda 12 nəfər müxalifətçi SAXLANILDI

Gündəm
27-03-2025 - 23:57
Ermənistanda “Ana Ermənistan” müxalifət blokunun 12 tərəfdarı saxlanılıb.
Ajans.az xəbər verir ki, bunu blokun Gümrü meri vəzifəsinə namizədi Karen Simonyan deyib.
O, qeyd edib ki, blokun saxlanılan fəallarından olan Emmaq Qriqoryan azad edilib: “O, iki övladının gözləri qarşısında stresd keçirdikdən sonra həbs edilib, lakin evdə heç nə tapılmayıb".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.