Ermənistan parlamenti qarşısında SİLAHLI İNSİDENT: ÖLƏNLƏR VAR - YENİLƏNDİ

Ermənistan parlamenti qarşısında
Parlament
Hadisə 15-11-2024 - 15:33

Suxuminin baş təcili yardım həkimi Abxaziyanın parlament binası önündəki mitinqdə toqquşma zamanı iki nəfərin öldüyünü açıqlayıb.

Ajans.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.

15:05 ***

Suxumun mərkəzində Abxaziya parlamentinin binası yaxınlığında keçirilən etiraz aksiyasında atəş səslərinə bənzər səslər eşidilib.

Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat verib.

İnsident zamanı heç kim xəsarət almayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Dmitri Dbar və Daxili İşlər Nazirliyinin rəhbəri Robert Kiut etirazçıların qarşısına çıxaraq onların tələblərini prezident Aslan Bjaniyaya çatdıracaqlarına söz veriblər.

Abxaziyada bir neçə gündür etirazlar davam edir, parlament binası yaxınlığında keçirilən aksiya deputatların investisiya fəaliyyəti ilə bağlı Rusiya-Abxaz sazişinə baxmaq və ratifikasiya etmək planları ilə bağlıdır. Deputatlar iclası təxirə salıb, növbəti iclasın vaxtı hələ açıqlanmayıb. Parlament binasının yaxınlığındakı hasar yük maşını vasitəsilə sökülüb və təhlükəsizlik qüvvələri ilə toqquşma başlayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: