Ərdoğanın çıxışı zamanı görün nə baş verdi: Zalda ajiotaj yarandı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT World" forumunda çıxış edərək İsrailin hərbi fəaliyyətinə toxunub və onları tənqid edib.
Ajans.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bu zaman zalda ajiotaj yaranıb. Onun çıxışında iştirak edən vətəndaşlardan biri ayağa qalxaraq Türkiyə Prezidentini ittiham etməyə başlayıb.
Ərdoğanın cangüdənləri qəzəbli vətəndaşı susdurmağa və zaldan çıxarmaağa çalışıblar. O, zaldan çıxarılarkən bu sözləri deyib: “Sionistlər bizim dənizlərdə və limanlarımızda ticarətlərini davam etdirərkən gəmilər Qəzzaya bombalar aparır”.
Ərdoğan da öz növbəsində bu etiraza cavab verib.
“Dünyanın sionistləri Rəcəb Tayyib Ərdoğanın harada olduğunu çox yaxşı bilirlər, amma siz hələ bunu başa düşməmisiniz”.