Ərdoğan İlham Əliyevi təbrik etdi

Gündəm
29-03-2025 - 17:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib.
Ajans.az xəbər verir ki, məktubun mətnini təqdim edir:
"Hörmətli Prezident, Əziz Qardaşım.
Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.
İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.
Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram".
Mövzular:
Oxşar xəbərlər
Manqistaunun Administrasiyasında təyyarə qəzası ilə bağlı qaynar xətt yarad... TELEFON NÖMRƏSİ
Gündəm18:21 / 25-12-24